Tanınmış məktəb direktoru vəfat etdi Foto

27.06.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzun illər Bakıda müxtəlif məktəblərə rəhbərlik etmiş tanınmış pedaqoq Nəbi Mahmudov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, 71 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, riyaziyyat üzrə fəlsəfə doktoru, Lütfi Zadə adına BMEA-nın müxbir üzvü N.Mahmudov 30 ilə yaxın müddət 83 və 246 saylı məktəb-liseylərə rəhbərlik edib. O, bir müddət Elm və Təhsil Nazirliyində də çalışıb. 200-dən yuxarı elmi, pedoqoji-metodiki məqalənin, o cümlədən 90-na yaxın dərslik, dərs və metodiki vəsaitin müəllifidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью