Tanınmış mərakeşli professor BMU da dərs deyəcək

07.11.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Bakı Mühəndislik Universitetində (BMU) Mərakeş Krallığından olan professor Hassan El Bari ilə onlayn görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, universitetin aidiyyəti üzrə əməkdaşları iştirak ediblər.

Tərəflər biotullantıların idarə olunması, bərpaedilən enerji və biotexnologiya sahələrində elmi-tədqiqat əməkdaşlığı imkanlarını müzakirə ediblər. Görüş zamanı həmçinin müştərək elmi layihələrin hazırlanması, birgə nəşrlərin çapı, tələbə və tədqiqatçı mübadiləsi, eləcə də seminar və təlim proqramlarının təşkili məsələləri diqqət mərkəzində olub. 

Profesoor Hassan El Bari öz elmi fəaliyyəti, beynəlxalq layihələri və tədqiqat istiqamətləri barədə məlumat verərək BMU ilə ortaq təşəbbüslərin həyata keçirilməsində maraqlı olduğunu bildirib. BMU-nun elmi və akademik mühitini yüksək dəyərləndirən professor birgə fəaliyyətin elmi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. 

Görüş zamanı mərakeşli professor gələn semestrdən BMU-da onlayn dərslər keçməsi təklifini müsbət qiymətləndirib və razılığını ifadə edib.   Həmçinin elm və təhsil sahəsində konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdən keçirilib.

Qeyd edək ki, professor Hassan El Bari biotullantıların idarə edilməsi, bioqaz texnologiyaları və dairəvi iqtisadiyyat sahələrində aparıcı tədqiqatçılardandır. Alim nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətində yer alıb və bir çox beynəlxalq layihələrdə iştirak edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью