Tanınmış məşqçi Alonsonun Real dan qovulması barədə: O, yorğun idi

16.01.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyalı tanınmış məşqçi Kike Sançes Flores Xabi Alonsonun "Real Madrid"dən qovulması ilə bağlı fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, "Madrid Universal" "Sevilya" ,"Atletiko Madrid" və bir çox digər klublardakı işləri ilə tanınan Kikenin fikirlərini belə çatdırıb:

"Xabi Alonsonun işdən çıxarılması məni təəccübləndirmədi. Düşünürəm ki, bu, onun üçün ən yaxşı qərar idi. Bədən dilinə baxanda, o, yorğun idi". 

"Kral Klubu" bazar ertəsi məşqçisinin istefasını elan edib. Həmçinin baş məşqçi vəzifəsini Alvaro Arbeloanın icra edəcəyi açıqlanıb. "Real Madrid" Arbeloanın rəhbərliyi altında ilk matçında gözlənilmədən "Kral Kuboku"nda Sequnda təmsilçisi "Albasete"yə məğlub olub (2:3).

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью