Tanınmış meyxanaçı İLK DƏFƏ AÇIQLADI: “Məclisə getmişəm, deyiblər, gir, oxu, çıx…” Yeni Çağ Media

05.11.2024

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Elə adamların məclisində oxumuşam, özüm də inanmazdım ki, yəni bu adamlar bu mahnını bəyəniblər?”

Yenicag.az xəbər verir ki, bu sözləri meyxana ifaçısı Rüfət Nasosnu (Kərimov) “Evdəkilərə salam” verilişində deyib.

Sənətçi zövqlərin müxtəlif olduğunu bildirib:

“Mənim özümün də trend sözündən xoşum gəlmir, amma “Zəhləm gedir səndən” mahnım trenddə birinci olub. Çünki zövqlər müxtəlifdir.

Məclisə getmişəm, deyiblər, gir, oxu, çıx, artıq söhbət lazım deyil. Ay, nə bilim, ad gününüz, ya bayramınız mübarək, elə mahnını oxu. Elə adamların məclisində oxumuşam, özüm də inanmazdım ki, yəni bu adamlar bu mahnını bəyəniblər?”

Nehru

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью