Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Sabunçu rayonunda modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatıb və hakim məhkəmə istintaqının yekunlaşmasını elan edib.
Sonra dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edib.
O, Mustafa Zeynalovun 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11-ci maddəsi ilə təqsirli bilinib 20 il, Namiq Əliyevin isə 120.2.1, 120.2.4,120.2.6, 120.2.11-ci maddələri təqsirli bilinib 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Prokuror həmin cəzanın ilk 5 ilinin həbsxanada çəkilməsini istəyib.
Dövlət ittihamçısından sonra zərərçəkənin nümayəndəsi Vasif Mirzəyev çıxış edib.
O da dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu qeyd edib.