Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məşhur britaniyalı modelyer Con Qallianonun Metropoliten İncəsənət Muzeyi ilə birlikdə 2027-ci ildə keçirilməsi planlaşdırılan sərgisi ləğv edilib.
Kulis.az xəbər verir ki, buna modelyerin keçmişdə işlətdiyi irqçi və antisemit ifadələrlə bağlı artan etirazlar səbəb olub.
Dizaynerin karyerasına həsr olunmuş "John Galliano: Horizons" adlı sərgiyə qarşı geniş ictimaiyyət tərəfindən kəskin reaksiyalar verilib.
Xüsusilə yəhudi icmaları və "Yad Vashem USA Foundation" təşkilatı Qallianonun 2011-ci ildə Parisdəki insident zamanı işlətdiyi antisemit fikirləri xatırladaraq sərgiyə sərt etiraz bildiriblər.
Qalliano öz "İnstagram" hesabında paylaşım edərək keçmişdəki ifadələrinin səbəb olduğu incikliyə görə yenidən dərin təəssüf hissi keçirdiyini və məsuliyyəti üzərinə götürdüyünü deyib.
Muzey isə ləğv olunan layihənin yerinə başqa bir sərgini təşkil edəcəyini elan edib.