Tanınmış müəllimdən şokolad vermə aksiyasına reaksiya: Bal pətəyi“nə şəkər tozu qatmayın |…
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bir müəllim kimi şagird-müəllim, tələbə-müəllim münasibətlərində səmimiyyətin və sevginin bərpa olunması yönündə atılan hər bir addım mənim üçün qənaətbəxşdir.
Üstəlik bu kimi şeylərin təhsilin keyfiyyətinə təsiri olmayıb sosial şəbəkə üzərindən tirajlanmasını qınayanlar kiçik bir nüansı gözardı edir.
Sevgisiz təhsil mümkün deyildir. Öyrənən öncə təlimçini sevməlidir ki, həmin sahədə qarşılaşacağı çətinliklər gözündə böyüməsin.
Qarşısında güvənlə müraciət edəcəyi birinin olduğuna dair onun düşüncəsində fikir formalaşmalıdır.
Bu baxımdan da, bu ikili arasında münasibətlərin məqsədli şəkildə də olsa, müsbətə doğru aparılmasında və bunun təbliğində heç bir qəbahət görmürəm".
Bunu Redaktor.az-a açıqlamasında Laçın rayonu P.Məmmədov adına 46 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Səbinə Əsədova son günlər məktəblərdə müəllimlərə tələbələr tərəfindən şokolad hədiyyə edilməsi haqda danışarkən deyib.
S.Əsədova bu addımla şagirdlərin sosial şəbəkələrə sövq edilməsinin yanlış fikir olduğunu bildirib: "Kim ki, deyir şagirdlər bu yolla sosial şəbəkələrə sövq olunur, onların diqqətinə çatdırmaq istəyirəm ki, bu fikir gülünc səslənir və pafoslu çıxış olduğu üçün hökmünü itirir.
Tam oxu
Xəbəri oxu