Tanınmış müğənni birdən birə qocaldı VİDEO

17.09.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Elnur Məmmədovun yeni klipi maraqla qarşılanıb.
Bizim.Media xəbər verir ki, ifaçı "Bu bir aşksa" adlı növbəti mahnısını və ona çəkilən klipini sevənlərinin ixtiyarına verib.
Musiqisi və sözləri Əli Əliyevə aid olan bəstənin mix-masterinq işlərini peşəkar musiqiçi Givi Usenaşvili həyata keçirib. Mahnının ekran həlli isə rejissor Emin Muradova həvalə olunub.
Süni intellekt texnologiyası ilə ərsəyə gələn klip maraqlı süjet xətti ilə qısa film təsiri bağışlayır. Ekran işində sevgi hissinin zamanla dəyişmədiyi fərqli obraz və hadisələr üzərindən təqdim olunur.
Klipin ən diqqətçəkən məqamlarından biri isə Elnur Məmmədovun klipdə süni intellektin imkanları ilə 70 yaşlı obrazda təqdim edilməsidir.
Bu detal klipin əsas ideyasını – zamanın dəyişdirdiyi görünüşə baxmayaraq, sevgi hissinin dəyişmədiyini izləyiciyə ötürür.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью