Tanınmış müğənni güzgü qarşısında öz özünə danışdığını etiraf etdi

10.07.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni Deniz Seki açıqlaması ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, o qonaq olduğu verilişlərdən birində güzgü qarşısında öz-özünə danışdığını etiraf edib. 

"Güzgü qarşısında özümə danışıram, bəzi etiraflar edirəm. Güzgüdəki Denizlə göz təması qururam. Bir növ özümlə üzləşirəm" -deyə, sənətçi qeyd edib. 

İfaçı hazırda yay mövsümü olduğundan ard-arda müxtəlif şəhərlərdə konsertlər verir. Sənətçi veriliş zamanı yaxın zamanlarda albom çıxacağını da açıqlayıb. 

2 il sonra Deniz sənətdə olmağının 30 ilini qeyd edəcək. 

İfaçı veriliş zamanı səmimi açıqlamaları ilə də diqqət çəkib. Deniz "Çox çətin əsəbiləşirəm amma sakit də olanda da tamam başqa cür oluram" -deyə qeyd edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью