Tanınmış müğənni konsertini ləğv edib Hollandiyaya uçdu SƏBƏB

17.11.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

 

Türkiyəli müğənni Ufuk Beydemir gözlənilməz ailə vəziyyəti səbəbindən konsert proqramını təxirə salıb. Sənətçi övladının vaxtından əvvəl dünyaya gələ biləcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

“Ay Tenli Kadın” mahnısı ilə məşhurlaşan Beydemir bir müddət əvvəl niderlandlı müğənni Şaron Kovaçla münasibətdə olduğunu və ata olmağa hazırlaşdığını bildirmişdi.

Sənətçi sosial şəbəkədə açıqlama verərək körpənin doğuş prosesinin gözləniləndən xeyli əvvəl başladığını söyləyib. O, həyat yoldaşı olmayan sevgilisinin yanında olmaq üçün təcili Hollandiyaya yola düşüb.

Müğənni noyabrın 18-nə planlaşdırılan konsertini təxirə salmaq məcburiyyətində qaldığını bildirib. O, pərəstişkarlarından körpəsi və ailəsi üçün dua etmələrini istəyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью