Tanınmış müğənni tənqid olundu Səbəb

24.09.2026

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Amerikalı məşhur müğənni Teylor Svift "Patient Zero" adlı yeni mahnısını sentyabrın 25-də yayımlayacaq.
Kulis.az xəbər verir ki, mahnının afişası sosial mediada tənqid atəşinə tutulub.
Belə ki, istifadəçilər afişanın həddən artıq "Photoshop" edildiyini, keyfiyyətsiz göründüyünü və hətta süni intellekt məhsulunu xatırlatdığını yazıblar.

Mahnının rəqəmsal buraxılışı ilə yanaşı standart, akustik və piano versiyalarından ibarət üç fərqli disk variantı da satışa çıxarılacaq.
Qeyd edək ki, pop ulduzu bu həftəsonu keçiriləcək “MTV VMA” mərasimində "Artist Director Honors" fəxri mükafatını alaraq şounun ən çox mükafat qazanan sənətçisi kimi tarixə düşəcək.

Villa - Bahar Bərdəlinin hekayəsi Məşhur "13-cü cümə" qorxu filminin ssenaristi vəfat etdi "Zamanı kuryer çantasında daşıyan adam..." - Əli Şirin Şükürlünün şeirləri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью