Tanınmış müğənnidən yeni albom

12.08.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Dünya şöhrətli ifaçı Teylor Svift yeni albomunu sevgilisi Travis Kelsenin podkastında elan edib.

Kulis.az xəbər verir ki, uzun sürən söz- söhbətlərdən sonra sənətçi 12-ci albomu olan "The Life of a Showgirl" haqqında danışıb.

Onun 11-ci albomu "The Tortured Poets Department" "Spotify" platformasında ən çox dinlənən olmaqla rekord qırmışdı.

Qeyd edək ki, yeni musiqi toplusunun rəsmi buraxılış tarixi hələ açıqlanmayıb.

Günahı olmasa, öldürülməzdi... - Qadınlar niyə evlərinə yox, sığınacağa getməlidirlər? Məşhur geyim brendinin reklamlarına qadağa qoyuldu 40 illik “Ulduz müharibələri” oyuncaqları hərraca çıxarılır
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью