Tanınmış müğənnilər Musa Musayevə İLİŞDİLƏR

09.07.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Müğənni Nazim Pişiyari əcnəbi dildə mahnı oxuyan sənətçiləri qınayıb.

Milli.Az xəbər verir ki, o, başqa dildə mahnı oxuyan həmkarlarının gülməli vəziyyətə düşdüyünü bildirib:

"Portuqal və ispan dilində müəllim tutmuşam. Bu dildə mahnılar oxuyacağam. Dili öyrənmək üçün müəllim lazım idi. Digər sənətçilər bu dildə mahnı oxuyub, camaat onlara gülür. Çünki dili bilmirlər". Proqramda qonaq olan Ceyhun Bakinski ad çəkmədən Musa Musayevin "Amor Mio" mahnısını oxumasına söz atıb. Onun "Amor mio"nu da oxu sözlərinə "Onu artıq oxuyublar, üstündən bir az keçsin" cavabını verərək, gülüb". 

Xatırladaq ki, M.Musayevin "Amor mio" mahnısını ifa etməsi müzakirələrə yaratmışdı.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью