Tanınmış müğənnilər ötən gün saxlanılan icra başçısı ilə eyni tədbirdə olub

31.10.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, 30 oktyabr tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, icra başçısı İslam Rzayev saxlanılıb.

Milli.Az xəbər verir ki, icra başçısı İslam Rzayev saxlanılmamışdan bir gün əvvəl Balakəndə keçirilən Xurma festivalında festivalında iştirak edib. İslam Rzayev festival zamanı ağac əkib, müxtəlif kompozisiyalarla tanış olub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, festivalda Balakən Rayon İcra Hakimiyyətinn dəvəti ilə bir sıra müğənnilər də iştirak ediblər.

Eyni zamanda müğənni Ofelya Şabanova, Canan Tuncaylı da Balakəndə keçirilən xurma festivalında iştirak edib.

Mehman Əsədov
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью