Tanınmış müğənninin konserti ləğv olundu Səbəb

23.11.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynanın Əməkdar artisti Svetlana Lobodanın noyabrın 22-də Parisdə keçirilməsi planlaşdırılan konserti baş tutmayıb.

Kulis.az xəbər verir ki, konsert texniki problemlər səbəbindən son anda ləğv olunub.

Sənətçi bu xəbəri tamaşaçılara səhnədən çatdırarkən göz yaşlarını saxlaya bilməyib.

"Bu gün təəssüf ki, konserti keçirə bilmirik. Heç nə işləmir. Biz həqiqətən möhtəşəm şou hazırlamışıq. Səhərdən səs və işıq sistemlərini qaydaya sala bilmirik. Buna görə də səhnəyə çıxıb vəziyyəti özümüz izah etmək qərarına gəldik" deyə, Loboda bildirib.

Müğənni əlavə edib ki, alınmış biletlər yeni tarixdə də etibarlı olacaq.

Yeni tarixdə iştirak edə bilməyən tamaşaçılara isə biletlərin pulu geri qaytarılacaq.

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi Məşhur aktyor vəfat etdi Henri Kartye-Bresson Fondunun mükafatı təqdim olundu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью