Tanınmış mütəxəssis “Mançester Yunayted”i kommersiya klubu adlandırıb

08.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 iyun, AZƏRTAC

Niderlandlı mütəxəssis Lui van Qal “Mançester Yunayted”i futbol klubu hesab etmədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, tanınmış məşqçi “Sky Sports” nəşrinə açıqlamasında Mançester təmsilçisini kommersiya klubu adlandırıb.

O, “qırmızı şeytanlar”ın transfer siyasətini də tənqid edib: “Bunu əvvəllər də demişəm. Komandaya hansı futbolçuların qoşulacağına baş məşqçi qərar verməyəndə həmişə çətin olur. Düşünürəm ki, oyunçuları məşqçi seçməlidir. Çünki komanda zəif çıxış edəndə birinci onu qovurlar. Amma futbolçunu başqaları transfer edəndə baş məşqçi üçün problem var”.

Qeyd edək ki, Lui van Qal 2014-2016-cı illərdə “Mançester Yunayted”in baş məşqçisi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью