Tanınmış mütəxəssis türk ulduzun məşqçisi oldu

31.10.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

"Yuventus"un yeni baş məşqçisinin adı məlum olub.

Metbuat.az xəbər verir ki, bu vəzifəyə Luçano Spalletti təyin olunub. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Spalletti ilə mövsümün sonuna qədər razılıq əldə edilib.

Qeyd edək ki, "Yuventus"un baş məşqçisi İqor Tudor istefaya göndərilmişdi. "Yuventus” İqor Tudorun rəhbərliyində son 8 oyunda qələbə qazana bilməyib və son 4 oyunda qol vura bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью