Tanınmış norveçli baş məşqçi beyin xərçəngindən əziyyət çəkir

25.11.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Danimarka və Norveç millilərinin keçmiş baş məşqçisi Åge Hareyde beyin xərçəngi ilə mübarizə aparır. Sport24.az xəbər verir ki, bu barədə "VG" nəşri məlumat yayıb. 

72 yaşlı norveçli mütəxəssisə 2025-ci ilin iyul ayının sonlarında diaqnoz qoyulub. O, kimyaterapiyadan keçib. Güclü dərmanlar onun bədənini zəiflədib. Hazırda o, nitq pozğunluğundan əziyyət çəkir.

Qeyd edək ki, Hareydey məşqçilik karyerası ərzində Norveç, Danimarka və İslandiya yığmalarını çalışdırıb. Danimarka millisi onun rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında çıxış edib və 1/8 finala yüksəlib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью