Tanınmış oftalmoloq barəsində cinayət işi açılıb

14.07.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Tanınmış oftalmoloq Cahid Şahbazovun keçirdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Humay Əliyeva bildirib.

O, “Caspian Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirdiyini iddia edib. Humay Əliyevanın sözlərinə görə, həkim tərəfindən gözünün yanlış müayinəsi aparılıb və səhv diaqnoz qoyulub. O qeyd edib ki, keçirilən tibbi ekspertiza da bunu təsdiqləyib.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq) maddəsi ilə cinayət işi açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью