Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

17.10.2026

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Portuqaliya mətbuatının tanınmış nümayəndələrindən olan jurnalist və yazıçı Joakim Letria 82 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, fəaliyyətinə 1963-cü ildə başlayan Letria "O Jornal" və "Tal & Qual" kimi nəşrlərin əsasını qoymuş, həmçinin BBC, AP və DPA kimi beynəlxalq media qurumlarında çalışmışdır.

O, jurnalistika sahəsində qələmə aldığı kitablar və televiziya fəaliyyəti ilə yanaşı, sabiq prezident Ramalyo Eaneşin mətbuat katibi kimi də fəaliyyət göstərib.

Qeyd edək ki, ölkənin Mədəniyyət, Gənclər və İdman Nazirliyi Letrianı ölkənin "25 Aprel inqilabından sonrakı ən təsirli jurnalistika simalarından biri" kimi xarakterizə edib.

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir? Məşhur aktyorun qızı vəfat etdi Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью