Tanınmış qapıçı Azərbaycan millisindən kənarlaşdırıldı

07.04.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Futzal üzrə Avropa çempionatının əsas mərhələsində İsveç və Xorvatiya yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində 3 dəyişiklik edilib.

Bakupost.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda təlim-məşq toplanışı keçən yığmada Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə, Rövşən Hüseynli isə baş məşqçi Vitali Borisovun qərarı ilə toplanışdan kənarlaşdırılıb.

Əvəzində Borisov “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.

Aprelin 8-dək Bakıda məşq edəcək komanda ertəsi gün İsveçə yola düşəcək.

Qeyd edək ki, Azərbaycan millisi İsveçlə aprelin 11-də səfərdə, Xorvatiya ilə aprelin 15-də evdə qarşılaşacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью