Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır

03.02.2026

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

Qlobal bankçılıq nəhəngi JPMorgan son günlər qızılın qiymətinin düşməsinə baxmayaraq, mərkəzi bankların alışlarına və investor tələbinə işarə edərək qızıl qiymətlərində artım proqnozunu qoruyur.

Marja xəbər verir ki, Bank qızılın unsiyasının qiymətinin 2026-cı ilin sonuna qədər 6 min 300 dollara çatacağını proqnozlaşdırır.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

JPMorgan ehtiyatların diversifikasiyası (şaxələndirilməsi) tendensiyasının davam etdiyini vurğulayaraq, 2026-cı ildə mərkəzi bankların qızıl alışlarının təxminən 800 ton səviyyəsində reallaşacağını gözləyir. 

UBS-dən qızıl üçün yuxarı istiqamətli proqnoz

Qlobal maliyyə xidmətləi qurumu UBS də son günlər qiymətlərdəki geriləməyə baxmayaraq, Dünya Qızıl Şurasının güclü tələb göstəricilərinə işarə edərək qızılın qiyməti üzrə proqnozunu yuxarı istiqamətdə yeniləyib. Bank qısa müddətdə qızılın qiymətinin 4 min 500 – 4 min 800 dollar diapazonunda sabitləşəcəyini, ilin ortalarına doğru isə 6 min 200 dollara yüksələcəyini proqnozlaşdırır.

Bankın hesabatında mərkəzi bankların güclü alışları, artan ETF daxilolmaları, həmçinin külçə və sikkə tələbinin qızılın qiymətini dəstəklədiyi vurğulanıb. UBS qızılı qlobal portfellərində cəlbedici hesab etməyə davam etdiklərini və son enişlərin yüksək volatillikdən faydalanmaq istəyən investorlar üçün imkan yaratdığını bildirib.

Deutsche Bank da qızılın qiyməti barədə proqnozunu dəyişməz saxlayıb

Almaniya bankı Deutsche Bank da qızılın son günlər ucuzlaşmasının qalıcı ucuzlaşma siqnalı vermədiyini bildirərək, qızılın unsiyasının qiymətinin 6 min dollara doğru yüksəlməyə davam edəcəyini proqnozlaşdırır.

Bank, hazırki bazar şərtlərinin qiymətlərin düşməsi üçün uyğun olmadığını vurğulayıb. Çinın “qiymətli metallara yönələn investisiya axınlarının əsas hərəkətverici qüvvə” olduğuna dair işarələrin mövcud olduğunuqeyd edib.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью