Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən Tehran İnqilab Məhkəməsinin qərarı ilə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindən olan məşhur güneyli rejissor Cəfər Pənahi həbs cəzasına məhkum edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Mənbədə qeyd olunur ki, məhkəmənin 26-cı bölməsi tərəfindən “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə günahlandırılan Pənahiyə 1 il həbs və 2 il ölkədən çıxış qadağası verilib.
Xatırladaq ki, tanınmış kinorejissor və ssenarist Cəfər Pənahi 1960-cı il iyulun 11-də Miyana şəhərində dünyaya gəlib.