Tanınmış rejissor Trampı tənqid etdi Səbəb

17.09.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Niderlandlı rejissor Pol Verhoven Donald Trampın ABŞ Kosmik Qüvvələri üçün təklif etdiyi yeni formaların onun 1997-ci il istehsalı "Starship Troopers" filmindən ilhamlanmasına etirazını bildirib.
Kulis.az xəbər verir ki, rejissor Trampın filmin mahiyyətini anlamadığını və oradakı obrazların "faşist" kimi təsvir edildiyini deyib.
Ekran işinin faşizm, militarizm və ksenofobiyaya qarşı satira olduğunu xatırladan Verhoven, filmin dizaynında nasist Almaniyasının stilindən istifadə edildiyini vurğulayıb.
Qeyd edək ki, Tramp bundan əvvəl də "Spider-Man", "Jedi" və "Superman" kimi populyar mədəniyyət obrazlarından öz siyasi təbliğatında istifadə etdiyi üçün tənqid olunmuşdu.

"Hər birimizin içində bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər Fransada Azərbaycan musiqisi və xalça sənəti nümayiş etdirildi Məktəb, sevgi, tənhalıq... – Sentyabrda baxılacaq ən yaxşı 10 film
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью