Tanınmış reper 59 yaşında öldü

23.05.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerikalı tanınmış reper Rob Beys 59 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat müğənninin instaqram hesabında paylaşılıb. 

Əsl adı Robert Qinyard olan reperin xərçəngdən öldüyü bildirilib. 

Qeyd edək ki, Rob Beys 1988-ci ildə ifa etdiyi “It Takes Two” mahnısı ilə böyük populyarlıq qazanıb. O, ümumilikdə karyerası boyu 3 studio albomu buraxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью