Tanınmış rəssamın əsərlərindən ibarət kataloq albom çap olunub AZƏRTAC

23.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 yanvar, AZƏRTAC

Bu günlərdə görkəmli sürrealist rəssam Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” adlı kataloq-albomu işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, 96 səhifəlik kataloqda rəssamın son illərdə yaratdığı əsərlər yer alıb.

Nəşr müəllifin “Ön söz”ü ilə başlayır. Rəssam qeyd edir ki, sərgi salonları, teatrlar, kino zalları, kitabxanalar, bir sözlə, sənət ocaqları – dünyəvi insanların məbədidir: “Fikrimcə, rəsm əsəri tamaşaçıyla danışmalı, özünü ona izhar etməli, tablo ilə seyrçi arasında hansısa anlaşılmazlıq qalmamalıdır. Ona görə bu albomda görəcəyiniz əsərlərimi mümkün olduqca “danışdırmışam”, ən dərin anlamları onlara yükləmiş, düşüncə və duyğularımı tamaşaçılara sadə yolla çatdırmağa çalışmışam”.

Albomun sonunda rəssam haqqında bilgilər yer alır.

Bildirək ki, Soltan Soltanlı 1997-ci ildən ölkəmizi rəssamlıq üzrə beynəlxalq yarışma, festival və sərgilərdə əsərləri ilə təmsil edir. Rəssam çoxlu beynəlxalq mükafatlar qazanıb, əsərləri 50-dən çox ölkədə muzey və şəxsi kolleksiyalarda yer alır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью