Tanınmış rus aktrisa 46 yaşında öldü

19.09.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tanınmış rusiyalı aktrisa Anna Şerlinq 46 yaşında dünyasını dəyişib.

Milli.Az NOCOMMENT.az-a istinadən bildirir ki, Rusiya mediasının yaydığı məlumata görə, aktrisa sentyabrın 16-da vəfat edib.

Anna Şerlinqin vəfat etdiyini atası, teatr rejissoru və xoreoqraf Yuri Şerlinq də təsdiqləyib.
Məlumata görə, aktrisanın ölümünə səbəb uzun müddət davam edən xəstəlik olub.

Qeyd edək ki, Anna Şerlinq 1 iyun 1980-ci ildə Moskvada yaradıcı ailədə anadan olub. Onun atası teatr rejissoru və xoreoqraf Yuri Şerlinq, anası isə aktrisa Tamara Akulovadır. Anna altı yaşında olarkən valideynləri boşanıblar.

Aktrisanın kinoda debütü 2003-cü ildə rejissor Elyor İşmuxamedovun "Ангел на дорогах" serialı ilə baş tutub. O, ekran işində Şuroçka obrazını canlandırıb. Layihədə əsas qadın rolunu isə Anna Şerlinqin anası Tamara Akulova ifa edib.

Aktrisanın filmoqrafiyasına müxtəlif janrlarda 20-dən çox ekran işi daxildir. O, melodram, komediya, detektiv və ailə filmlərində rol alıb.

Anna Şerlinqin rol aldığı ekran işləri arasında "Бабий бунт, или Война в Новосёлково", "Любопытная Варвара-3", "Папины дочки" və "След" kimi layihələr yer alır.

Anna Şerlinqin 46 yaşında vəfat etməsi Rusiya kino və televiziya ictimaiyyətində kədər doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью