Tanınmış rusiyalı avarçəkən döyülüb AZƏRTAC

06.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 yanvar, AZƏRTAC

Rusiyalı tanınmış avarçəkən Kirill Lyapunov döyülüb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı idmançı naməlum şəxslərin hücumuna məruz qalıb. O, bədəninin bir çox yerindən xəsarət alıb.

Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Kirill Lyapunov Rusiya millisinin heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib. O, həmin il təşkil edilən Avropa çempionatında isə gümüş medal qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью