Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Tanınmış rusiyalı jurnalist İqor Rabiner Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçirilən "Sabah" - "Barselona" oyununu canlı izləmək üçün Bakıya səfər edib. Sport24.az xəbər verir ki, rusiyalı media nümayəndəsi matçdan sonra sosial şəbəkə hesabında Bakı Olimpiya Stadionundan şəkil paylaşaraq arenanın ot örtüyünü tərifləyib:
"Fürsət düşən kimi meydana enməyi xoşlayıram. Bakıda, adətən olduğu kimi, matçı qapı arxasından çəkə bilmədim. Çünki yayımçı "QSport" vasitəsilə deyil, "Sport-Express" qəzeti adından akkreditasiya olunmuşdum. Lakin mətbuat konfransından sonra, stadionda demək olar ki, heç kim qalmayanda aşağı endim.
Yeri gəlmişkən, meydança əla vəziyyətdədir. "Sabah" onu xüsusi olaraq Çempionlar Liqası üçün hazırlatmışdı. Səhv etmirəmsə, 2023-cü ildən bəri Olimpiya Stadionunda futbol oyunu keçirilməmişdi. Çünki məkan bu müddət ərzində xüsusi müvəqqəti örtük tələb edən qeyri-idman tədbirləri üçün istifadə olunurdu".
Qeyd edək ki, dünən baş tutan qarşılaşma Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.