Tanınmış şair Məmməd Aslanın anadan olmasının 85ci ildönümüdür

24.12.2024

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün müasir poeziyamızın görkəmli nümayəndəsi, sevimli şair, Əməkdar mədəniyyət işçisi Məmməd Aslanın anadan olmasının 85-ci ildönümüdür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılıq yolundan bəhs edən virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Məmməd Aslanın pedaqoji, tərcüməçilik fəaliyyəti, “Yenilik”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin, “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarının redaksiyalarında işləməsi, “Yazıçı” nəşriyyatında böyük redaktor, “Ekran-Efir” qəzetinin baş redaktoru olması haqda məlumat verilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən virtual kitab sərgisində şairin “Seçilmiş əsərləri”, “Varlıqla yoxluq arasında”, “Ağla, qərənfil ağla”, “Sözün özü”, “Səhəri kim açır” kimi kitabların qısa annotasiyası təqdim edilir, dövri mətbuat nümunələri, Məmməd Aslanın müxtəlif illərdə tədbirlərdə, görüşlərdə çəkilən fotoşəkilləri sərgilənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью