Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Mirimli vəfat edib.
M.Mirimli 1954-cü ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində doğulub. Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.
O, ömrünü Azərbaycan ədəbiyyatına, poeziyaya və milli-mənəvi dəyərlərin təbliğinə həsr etmiş qələm sahiblərindəndir.
Allah rəhmət etsin.
Həmidə İbrahimova