Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib

09.11.2024

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Gununsesi.info bildirir ki, bu barədə APA-ya şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib.

Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Səhər” qəzetinin təsisçilərindən biri, “Mavigözlü ögey ana” kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.
Uzun illər “BBC Azərbaycan” xidmətində fəaliyyət göstərib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью