Tanınmış şairə etiraz etdi: Soyunmayan ulduzları toya buraxmırlar

07.11.2024

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Atıq toylarımızda gözəl geyinənlər yox, gözəl soyunanlar çox pul qazana bilir". 

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu şairə Nazilə Səfərli deyib. O, bildirib ki, toy sahibləri soyunmayan "ulduz"u ailəsinin şənliyinə buraxmır:

"Toy sahibləri öz istəyi ilə dəvət etdiyi "ulduz"un geyimindən xəbardardır. Odur ki, soyunanlara pis baxmayın. "Gözəl soyunmaq" toy üçün nəzərdə tutulan uniformadır, yaraşan da soyunur, yaraşmayan da. Elə deyilsə, onda niyə toya hamı açıq-saçıq geyimdə gedir?".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью