Tanınmış şərhçiyə yeni vəzifə verildi

01.09.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat həyata keçirilib.

Moderator.az xəbər verir ki, tanınmış jurnalist və şərhçi Nurlan Valehoğlu federasiyanın mətbuat katibi vəzifəsinə təyin olunub.

Nurlan Valehoğlu yeni vəzifəsi ilə bağlı sosial media hesabında paylaşım edib.

Nurlan Valehoğlu, eyni zamanda, "CBC Sport"dakı fəaliyyətini əvvəlki kimi menecer, şərhçi-aparıcı olaraq davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью