Tanınmış tarixçi doktorluq dissertasiyası müdafiə etdi

28.10.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Tanınmış tarixçi alim Elvira Lətifova BDU-nun Tarix fakültəsinin nəzdindəki Dissertasiya Şurasında doktorluq dissertasiyası müdafiə edib.
"Tehsil365" xəbər verir ki, bu barədə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər.
"Elvira Lətifova BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosentidir. Tarixçi alimin namizədlik və doktorluq dissertasiyaları müvafiq olaraq "İlisu sultanlığı: tarixi-etnoqrafik tədqiqat" və "Azərbaycanın şimal-qərb torpaqları qonşu dövlətlərin xarici siyasətində (XI-XIX əsrin birinci yarısı)" adlanır. Onun elmi rəhbəri AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur. Həm Yaqub müəllimi, həm də Elvira xanımı ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!", - deyə tarixçilər qeyd ediblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью