Tanınmış təbrizli alpinist Nepalda itkin düşdü | Icma.az
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tanınmış təbrizli alpinist Əbülfəz Gözəli Nepalın Makalo zirvəsində itkin düşüb.
Axar.az xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb.
Məlumata görə, o, ötən həftə 4 nəfərlik heyətlə 8481 metr hündürlüyü olan Makalo zirvəsinə qalxıb.
Əbülfəz Gözəlinin nepallı bələdçisi zirvədən qayıdan zaman uçurumdan yıxıldığı üçün başqa iki bələdçi onu axtarmağa gedib.
Bələdçinin neçə yüz metr aşağı yuvarlanaraq öldüyünü görəndən sonra onlar geri qayıtdıqları zaman təbrizli idmançını tapa bilməyiblər.
Hadisənin üstündən 6 gün keçməsinə baxmayaraq, Əbülfəz Gözəlinin xilas edilməsi üçün başladılan axtarışlar nəticəsiz qalıb.
Qeyd edək ki, Təbrizin "K2" alpinizm klubunun rəhbəri olan Gözəli dünyanın 7 min metrdən hündür 10 zirvəsinə dırmandığı üçün beynəlxalq "Qar qaplanı" dərəcəsini alıb.
Tam oxu
Xəbəri oxu