Tanınmış teleaparıcı yeni vəzifəyə təyin olundu

20.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Tanınmış teleaparıcı yeni vəzifəyə təyin olunub.

Oxu.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Vüsalə Səid "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri" QSC-nin Xəbərlər departamentinin rəhbəri təyin olunub.

Qeyd edək ki, V.Səid bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsindən ayrılıb.

O, uzun müddət AzTV və İTV-də fəaliyyət göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью