Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Tennis üzrə "Böyük Dəbilqə" turnirlərinin ispaniyalı altıqat qalibi Karlos Alkaras İtaliyanın Bolonya şəhərində keçiriləcək “Deyvis Kubok”unda iştirak etməyəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 22 yaşlı idmançı sosial şəbəkə hesabında sağ dizindəki əzələ şişkinliyi səbəbindən turniri buraxacağını bildirib.
O, ötən həftə İtaliyanın Turin şəhərində keçirilən final turnirində yerli tennisçi Yannik Sinner ilə qarşılaşmada (6:7, 4:7, 5:7) zədələnib.