Tanınmış tennisçi səhhətindəki problemə görə vacib turniri buraxacaq AZƏRTAC

26.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 dekabr, AZƏRTAC

Rumıniyalı tanınmış tennisçi Simona Halep gələn il keçiriləcək Avstraliya Açıq çempionatına iştirak etməyəcək.

AZƏRTAC xəbər verir ki, təcrübəli idmançı səhhətindəki problem səbəbindən turniri buraxacaq. Sosial şəbəkə hesabında paylaşım edən 33 yaşlı raketka ustası diz və çiynindəki ağrılara görə bu qərarı verdiyini açıqlayıb.

Qeyd edək ki, Simona Halep iki dəfə Böyük Dəbilqə turnirinin (“French Open-2018”, “Wimbledon-2019”) qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью