Tanınmış türk sənətçi faciəvi şəkildə vəfat etdi

22.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Türkiyədə tanınmış opera müğənnisi Emrah Erdem Gedik faciəvi hadisə nəticəsində həyatını itirib.
Demokrat.az
xəbər verir ki, İstanbul Dövlət Opera və Baletində xor sənətçisi kimi fəaliyyət göstərən 48 yaşlı Emrah Erdem Gedik İstanbulun Bahçelievler rayonunda yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilinin eyvanından yıxılıb.
Ağır xəsarətlər alan sənətçi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Emrah Erdem Gedikin cəsədi Məhkəmə Tibbi Ekspertiza İnstitutunda aparılan müvafiq prosedurlar başa çatdıqdan sonra ailəsinə təhvil verilib. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью