Tanınmış türkiyəli mütəxəssis İran klubu ilə danışıqlar aparır AZƏRTAC

21.01.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 yanvar, AZƏRTAC

Türkiyəli mütəxəssis İsmayıl Kartal yenidən işinin başına qayıda bilər.

AZƏRTAC xəbər verir ki, 63 yaşlı çalışdırıcı İranın köklü klublarından olan “Persepolis”lə danışıqlar aparır. O, “TRT Spor”a açıqlamasında xəbərinin doğru olduğunu təsdiqləyib.

“Persepolis” İran Liqasında topladığı 29 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Qeyd edək ki, İsmayıl Kartal son olaraq “Fənərbağça” komandasının baş məşqçisi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью