Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
III Şuşa Qlobal Media Forumunun iştirakçıları arasında tanınmış ukraynalı jurnalist Dmitri Qordon da yer alıb.
Oxu.Az xəbər verir ki, D.Qordon Prezident İlham Əliyevin çıxışını dinləməyə hazırlaşarkən kameraların obyektivində görünüb.
Qeyd edək ki, iyulun 21-dək davam edəcək forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, yeddi beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.