Icma.az bildirir, Azpolitika.az portalına istinadən. Tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində xeyli irəlləyiş var.
Bu barədə Qaynarinfo-ya açıqlamasında vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib.Xanımı vəkilin müalicəsinin ev şəraitində davam etdiyini bildirib: "Bu günə də şükürlər olsun.
Hələ danışa bilmir. Sözlər üzərində müalicə kursu keçirilir.
Əvvəl bir söz deyirdisə, bu gün iki söz deyir, yavaş-yavaş cümlə qurmağa çalışır. Sağlamlığı üçün mübarizə aparır.
Rahat şəkildə özü gəzir, yəni bu sahədə problem yoxdur. Əsas danışığıdır, əminəm ki, nitqi açılacaq və əvvəlki kimi qaydasına düşəcək”.Qeyd
Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.