Tanınmış vəkil saxlanıldı

24.10.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Gəncədə tanınmış vəkil saxlanılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Zabil Qəhrəmanov Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun hansı səbəbdən saxlanılması hələlik məlum deyil.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət qərar qəbul edib. Qərara əsasən, Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью