Icma.az, Redaktor.az saytına istinadən bildirir. Xəbər verdiyimiz kimi, tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət edilib.
Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, araşdırma aparılır.
Nəticəsi barədə məlumat veriləcək. *** Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.
Redaktor.az xəbər verir ki, bu barədə gununsesi.info-ya vəkilin özü deyib.
Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:"Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar.
Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.
Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb: "İki saata yaxın araşdırma apardılar.
Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.