Tanınmış xanəndə dünyasını dəyişdi FOTO

15.06.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Tanınmış xanəndə, Salyan Dövlət Kukla Teatrının aktyoru Qalıb Məlikov dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 55 yaşında vəfat edib.

O, yaradıcılığı dövründə yüzlərlə tamaşada müxtəlif və yaddaqalan obrazlar canlandıraraq teatr sənətinə öz töhfəsini verib.

Qalib Məlikov eyni zamanda kinoda da fəaliyyət göstərib. O, kinorejissor Kürçaylı Məmmədovun “Bərə” filmində ata obrazını uğurla canlandıraraq tamaşaçıların yaddaşında qalıb.

Qeyd edək ki, Qalib Məlikov 21 may 1971-ci ildə Salyan rayonunda anadan olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью