Tanınmış xanəndə: Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm

12.11.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Müğənni Sədəf Budaqovanın geyimləri ilə bağlı etirafı canlı efirdə müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki,ənətçi səhnə libaslarının bir qismini moda evlərinə kirayə verdiyini və bunun qarşılığında gəlir əldə etdiyini bildirib.

O, geyimlərini istəyən moda evlərinə təqdim etdiyini, qarşılığında isə müəyyən faiz aldığını söyləyib. Müğənni bütün libaslarının bahalı olduğunu desə də, geyimə həddindən artıq pul xərcləməyin tərəfdarı olmadığını vurğulayıb.

Budaqova indiyədək geyindiyi ən bahalı libasın qardaşının toyuna xüsusi olaraq tikdirdiyi paltar olduğunu açıqlayıb. O, bəzi geyimlərinin münasib qiymətə başa gəldiyini, lakin düzgün kombin və təqdimat sayəsində üzərində daha bahalı göründüyünü də qeyd edib.

Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью