Tanınmış xanəndə İlkağa Şahbazov vəfat edib

07.10.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Tanınmış xanəndə İlkağa Şahbazov vəfat edib. 

AzPost bildirir ki, bu barədə onun sənət yoldaşı, muğənni Cavad Rəcəbov bildirib.

İ.Şahbazov uzun illər Azərbaycan Dövlət Konsert birliyində çalışıb. Xalq artisti Əlibaba Məmmədovun “Humayun” xalq çalğı alətləri ansamblının solisti olub. Onun ifasında bir sıra muğamlar lentə alınıb.

Xanəndə 70-90-cı illərdə toy və el şənliklərində dinlənilən populyar ifaçı olub.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью