Tanınmış xanəndələr yol nişanlarını tanımaqda çətinlik çəkdilər (Video)

19.11.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Tanınmış xanəndələr Pərviz Qasımov və Aytən Məhərrəmova canlı yayımda gözlənilməz sınaqla qarşılaşıblar.

Milli.Az xəbər verir ki, "Sevilən səhər" verilişində illərdir avtomobil idarə edən sənətçilərə yol hərəkəti nişanları ilə bağlı suallar ünvanlanıb. Lakin onların əksəriyyətinə cavab verməkdə çətinlik çəkməsi diqqətdən yayınmayıb.

Sənətçilərin suallar qarşısındakı tərəddüdləri və verdikləri cavablar studiyada maraqlı anlar yaşadıb. Həmin görüntülər sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью