Tanınmış xanəndənin adından dələduzluq FOTO KONKRET

12.02.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar artist Elnarə Abdullayevanın adından dələduzluq edilib.

KONKRET.az bildirir ki, bu haqda xanəndə instaqram səhifəsində məlumat yayıb.

Abdullayeva bildirib ki, naməlum şəxs onun dostlarına zəng edərək, adından pul istəyir:

“Son zamanlar dələduzluq halları ilə rastlaşdığımız hamıya məlumdur. Bəzi dələduzlar əhatəmdə olan dost, tanışlara zəng edib adımdan pul istəyir. Bu tip məlumatlara qətiyyən inanmayın və pul göndərməyin. Şikayət edilib və adiyyatı üzrə iş nəzarətə götürülüb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью